Azərbaycanda "Aviasiya haqqında" yeni qanun layihəsində təhlükəsizliyin gücləndirilməsi, icazələrin verilməsinin sadələşdirilməsi və şəffaflaşdırılması, hər kəs üçün bərabər imkanların yaradılması və ədalətli rəqabətin təmin edilməsi məqsədləri daha da gücləndirilib. Layihədə aviasiya sahəsində dövlətin əsas məqsədi müəyyən edilib və dövlətin vəzifələrinə yeni müddəalar artırılıb.
Modern.az xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Hazırda Azərbaycan ərazisində 8 beynəlxalq hava limanı fəaliyyətdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Heydər Əliyev Beyəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanları sırasında lik 10-luqdadır. Hazırdan Bakıdan 33 ölkəyə 66 istiqamət üzrə uçuşlar həyata keçilir. Sərnişinləri "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə yanaşı, 39 xarici aviaşirkət daşıyır ki, onların da 17-si aşağı büdcəli aviaşirkətlərdir. Sərnişinlərin 40%-i AZAL-ın, 60 %-i isə xarici aviaşirlətlərin payına düşür", - deyə o bildirib.