Modern.az

Ceyhun Bayramov Mirzoyanla bu şəhərdə görüşə bilər

Ceyhun Bayramov Mirzoyanla bu şəhərdə görüşə bilər

20 Oktyabr 2023, 16:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla İranın paytaxtı Tehranda görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

 

“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - nazir müavini qeyd edib

 

Onun sözlərinə görə, Türkiyə, Rusiya və İran nümayəndələri ilə görüşlərin keçiriləcəyi də ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular