Modern.az

Azad edilən ərazilərdə ayaqları kəsik bəbir və ayılar var - Prezidentin köməkçisi

Azad edilən ərazilərdə ayaqları kəsik bəbir və ayılar var - Prezidentin köməkçisi

20 Oktyabr 2023, 22:42

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ayaqları kəsik bəbir və ayılara rast gəlinir.

 

Modern.az xəbər verir ki, bu barədə bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

 

"Ermənistan əvvələr işğal etdiyi Azərbaycan torpaqlarında milyonlarla mina yerləşdirib. Bu minaların qurbanı insanlarla yanaşı, həmçinin vəhşi heyvanlardır. Minalar döyüşçülər, mülki şəxslər və ya vəhşi heyvanlar arasında fərq qoymur", - deyə Prezidentin köməkçisi qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular