Modern.az

Sinan Oğan azərbaycanlı şəhid övladları ilə görüşdü

Sinan Oğan azərbaycanlı şəhid övladları ilə görüşdü

Aktual

21 Oktyabr 2023, 14:12

Azərbaycan Diaspora Dəstək Fondunun dəstəyi, “Zəfər”Şəhid Ailələrinə Dəstək ictimai Birliyinin tərəfdaşlığı ilə şəhid övladları Azərbaycanın ilk və populyar TEDx Bakı tədbirində iştirak ediblər.


Modern.az-ın məlumatına görə, tədbirə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan və ingilis dilini səlis bilən şəhid övladlar qatılıblar.

Türkiyənin tanınmış siyasətçisi Sinan Oğanın çıxışı tədbirdə maraqla qarşılanıb.

Sinan Oğan tədbirin yekununda şəhid övladları ilə görüşərək, xatirə şəkli çəkdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular