Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub
Modern.az xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, liderlər Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişə və bölgədəki humanitar böhranı müzakirə ediblər.
Prezident Ərdoğan danışıq zamanı bölgədəki proseslərin, xüsusilə də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb.