Modern.az

Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu

Aktual

23 Oktyabr 2023, 10:47

Keçmiş məhkum Masallıda külli miqdarda narkotiklə tutulub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi “Subaru Forester” markalı avtomobildə saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.Məhkəmənin qərarı ilə X.Abasov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular