Modern.az

Bu il əlillik verilənlərin sayı AÇIQLANDI

Bu il əlillik verilənlərin sayı AÇIQLANDI

Aktual

23 Oktyabr 2023, 11:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, onlardan 18,2 mininə ilkin, 18,7 mininə təkrar əlillik təyinatı aparılıb.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

 

Qeyd olunan dövrdə agentliyin reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular