Modern.az

“Bayer” “Qarabağ”ın azarkeşləri üçün 1200 yer ayırıb

“Bayer” “Qarabağ”ın azarkeşləri üçün 1200 yer ayırıb

Aktual

23 Oktyabr 2023, 12:36

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Bayer" (Almaniya) Ağdam klubunun azarkeşləri üçün 1200 yer ayırıb.

Modern.az xəbər verir ki, bu barədə "Qarabağ" klubu açıqlama yayıb. Biletlərin qiymətinin 15 avro olacağı bildirilib.

"Qarabağ" azarkeşləri üçün ayrılmış biletlər oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan "BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq. 

Xatırladaq ki, oktyabrın 26-da keçiriləcək "Bayer" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular