Modern.az

Tehranda Lavrov-Bayramov-Mirzoyan görüşü keçirilə bilər

Tehranda Lavrov-Bayramov-Mirzoyan görüşü keçirilə bilər

Aktual

23 Oktyabr 2023, 15:18

Bu gün Tehranda Cənubi Qafqaz respublikaları, həmçinin Rusiya, İran və Türkiyənin daxil olduğu ölkələrin “3+3” formatında növbəti əməkdaşlıq iclası keçirilir. İclasda nümayəndə heyətlərinə xarici işlər nazirləri rəhbərlik edir.

Gürcüstanın imtina etdiyi iclasda siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirəyə çıxarılacaq.

Modern.az xəbər verir ki, iclasda Ermənistanla Azərbaycan arasında danışıqlar məsələsinin Cənubi Qafqazdakı vəziyyət kontekstində müzakirə olunacağı da gözlənilir. İran mətbuatı aydın şəkildə bildirir ki, İrəvanla Bakı arasında münasibətlər məsələsi Tehranın diqqət mərkəzindədir və bu, onun prioritet məsələdir.


İran xəbər saytlarındakı qeydlərdən belə görünür ki, Tehran Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair Qərb platformasının təsirini zəiflətməyə çalışır.

Bu, Rusiya üçün də məqbuldur və sözügedən məsələdə Tehranla Moskvanın eyni yolda olduğunu söyləmək olar.

İran KİV-ləri yazır ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair danışıqların Qərb platformasından kənarda aparılmasına Türkiyənin də hər hansı mənfi yanaşması yoxdur. Çünki Ankara indi Tehrana daha çox meyl edir

“İkincisi, İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycan üçün məqbul olan Ankara üçün də məqbuldur. Qranadadan əvvəl və sonra Bakıdan gələn impulslara baxanda belə görünür ki, Qərb platforması Azərbaycan üçün əvvəlki cəlbediciliyini itirib”, - deyə xarici KİV yazır.


Qeyd olunur ki, problem yalnız İrəvanla bağlıdır, çünki Ermənistan Qərb platformasına hədsiz həvəslə yanaşmaqda davam edir.


“Ehtimal etmək olar ki, Tehrandakı iclas çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov arasında ən azı qeyri-rəsmi söhbətlər aparıla bilər”, - bunu isə Ermənistanın “Hraparak nəşri yazıb.

Qeyd edilib ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdolahian erməni həmkarı Ararat Mirzoyan arasında görüş olacaq.

“Odur ki, güman etmək olar ki, ən azı Moskva və Tehran İrəvanın Bakı ilə münasibətlərin normallaşması üçün Qərb platformasına olan həvəsini mülayimləşdirməyə və onun maraq miqyasını regional platformaya sürüşdürməyə çalışacaqlar. Onlar İrəvanı inandırmağa çalışacaqlar ki, bu platforma Paşinyan komandasına, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə həm müsbət impuls,  həm də həyati əhəmiyyət kəsb edən digər şeylər verə bilər.

İrəvan onsuz da daha əvvəl bəyan edib ki, “Ermənistan Azərbaycanla sülh əldə etmək istəyir. O sülhün Brüsseldə və ya Moskvada əldə olunmasının fərqi yoxdur. Yəni ylatforma vacib deyil”. Ona görə də demək olar ki, bugünkü Tehran görüşü rəsmi İrəvan üçün unikal sınaq olacaq. İrəvanın bu imtahandan keçib-keçməyəcəyinə gəlincə, bu, görüşün nəticələrindən görünəcək”, - "Hraparak" yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular