Trabzon Ticarət və Sənayə Odasının Prezidenti Erkut Çelebi qurumun İdarə Heyətinin üzvləri və inşaat sektorunda fəaliyyət göstərən sahibkarlarla birlikdə Azərbaycana səfər edib.
Modern.az xəbər verir ki, nümayəndələr səfər çərçivəsində MÜSİAD Azərbaycanı ziyarət edib və təşkilatın İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüblər.
Görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin və inşaat sektorunda fəaliyyət göstərən üzvləri iştirak edib.
Tərəflər qarşılıqlı fəaliyyətləri barədə məlumat veriblər, ilin sonuna qədər planlanan işləri müzakirə ediblər.
Daha sonra görüşdə gələcəkdə iki qurumun birlikdə edə biləcəyi fəaliyyətlər və əməkdaşlıq müzakirə olunub.