Modern.az

Lənkəranskinin qardaşı axtarışa VERİLDİ

Lənkəranskinin qardaşı axtarışa VERİLDİ

24 Oktyabr 2023, 19:43

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə öldürülən “Lotu Quli” ləqəbli azərbaycanlı avtoritet Nadir Səlifovun qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib 

 

Modern.az xəbər verir ki, prokuror cinayət işi ilə əlaqəli olan bir sıra şəxslərin beynəlxalq axtarışa verildiyini bildirib.

 

Yerli mətbuatın məlumatına görə, axtarışa verilənlərdən biri Namiq Canıyevdir.

 

Qeyd edək ki, Namiq Canıyev mərhum avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qardaşıdır.

 

Onunla yanaşı Cəfər Əlizadə, Xanımnisə Məmmədova da beynəlxalq axtarışa verilib. Dövlət ittihamçısı sözügedən şəxslər barəsində cinayət işinin ayrıcı icraata götürülməsini istəyib.

 

“Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi əsasında öldürüldüyü deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular