Həbsdə olan iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin azadlıqdan məhrum edilməsindən 114 gün ötür.
Modern.az xəbər verir ki, N.Bəydəmirli bu gün ailə üzvlərilə görüşüb.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədəki paylaşımında bildirib.
O deyib ki, oğlu Cavidin təkidi ilə Nazim Bəydəmirlini ziyarət ediblər. Ata və oğul həbsdən sonra ilk dəfə görüşüblər.
İş adamı saxlanma şəraitindən narazılıq etməyib. O, təcridaxana rəhbərliyi və əməkdaşlarının münasibətindən də razılıq edib.
N.Bəydəmirli əvvəllər bildirdiyi fikri bir daha təkrarlayıb, həbsini qanunsuz və əsassız sayıb.
“Xarici görkəmindən başqa heç nə dəyişməyib. Əhval- ruhiyyəsi yaxşı idi”, - deyə Bəydəmirlinin həyat yoldaşı qeyd edib.
Qeyd edək ki, sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Nərimanov rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Daha sonra N.Bəydəmirli barəsində ittiham ağırılaşdırılıb. Ona qarşı hədə-qorxu ilə təkrarən tələb etmə maddəsi üzrə, yəni Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edib və 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb,