Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup kursantı V Beynəlxalq Kadetlər həftəsində iştirak etmək üçün Çin Xalq Respublikasının Sian şəhərində səfərdədir.
Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) ev sahibliyi etdiyi tədbirdə İndoneziya, Laos, Macarıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tunis, Vyetnam və Zimbabvedən olan kursantlarla yanaşı, Azərbaycan və Çin kursantları da iştirak edir.
Qeyd edək ki, V Beynəlxalq Kadetlər Həftəsi oktyabrın 28-dək davam edəcək.