Modern.az

Zəhərlənən məktəblilərin son vəziyyəti

Zəhərlənən məktəblilərin son vəziyyəti

Aktual

25 Oktyabr 2023, 16:44

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Modern.az-a bildirilib. Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.

"Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 24 saat müşahidə altında olandan sonra evə buraxılmaları nəzərdə tutulub" - məlumatda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular