Modern.az

Şahramanyan Azərbaycan tərəfi ilə apardığı danışıqları AÇIQLAYACAQ

Şahramanyan Azərbaycan tərəfi ilə apardığı danışıqları AÇIQLAYACAQ

26 Oktyabr 2023, 10:58

“Samvel Şahramanyan xeyli fikirləşdikdən sonra susqunluğunu pozmaq və yaxın günlərdə bir sıra məsələlərə aydınlıq gətirmək qərarına gəlib”.
 

Modern.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb.

Artıq format da müəyyənləşib, Şahramanyan müsahibə verəcək, amma İctimai Televiziyada yox, çünki ona ora getməməyi məsləhət görüblər, oradan da dəvət olunmayıb.

Şahramanyan açıqlamalarında qondarma “Artsax”a “prezident” seçilməsinə, niyə və hansı şəraitdə “prezident” postunu tutmağa razılıq verdiyinə toxunacaq, həmçinin hərbi əməliyyatlar, Azərbaycan tərəfi ilə danışıqlar barədə danışacaq, eləcə də bir sıra digər məsələlərə də toxunacaq. O, Qarabağ ermənilərinin problemlərinə toxunacaq və onların suallarını cavablandıracaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular