Fransa prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti də bununla bağlı məlumat yayıb:
“2023-cü il noyabrın 1-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfəri edəcək”.
Bildirilib ki, səfər zamanı iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.