Modern.az

Fransanın daha bir naziri Ermənistana gəlir

Fransanın daha bir naziri Ermənistana gəlir

26 Oktyabr 2023, 12:40

Fransanın mədəniyyət naziri Rima Əbdül Malak “dostluq münasibətlərinin möhkəmliyini təsdiqləmək və Fransa ilə Ermənistanı birləşdirən tarixi və mədəni əlaqələri daha da gücləndirmək” məqsədilə oktyabrın 26-27-də Ermənistana səfər edəcək.


Modern.az xəbər verir ki, bu barədə Fransa Mədəniyyət Nazirliyi bildirib.
 

Məlumata görə, nazir Fransanın deputatlar, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin müşayiəti ilə Ermənistanın bir sıra əsas mədəniyyət yerlərinə və müəssisələrinə baş çəkəcək.

Rima Əbdül Malak Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşəcək. O, həmçinin mədəniyyət müəssisələrinin rəhbərləri, bir sıra mədəniyyət xadimləri və erməni mədəniyyətinin inkişafı və yayılmasına yardım edən təşkilatlarla görüşlər keçirəcək.

“Səfər Fransa və Ermənistan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, eləcə də iki nazir üçün xüsusilə kino və mədəni irs sahəsində yeni əməkdaşlığı elan etmək imkanı verir”, - məlumatda deyilir.

Fransalı nazirin İrəvanda qondarma “erməni soyqırımı” abidəini ziyarət etməsi də planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular