Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Laçın rayonunun Zabux kəndinə qayıdışla bağlı reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, reportajda laçınlıların Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb.
“Çox böyük çətinliklərdən çıxmışıq. Taleyin bu gününə şükür. Öz yurdumuza qayıdırıq. Bundan böyük sevinc nə ola bilər ki? Ağlaya-ağlaya çıxdığımız yerə gülə-gülə qayıdırıq”, - sakinlərdən biri deyib.
“Laçından 51 yaşımda çıxmışam, indi 81 yaşımda doğulduğum yerə qayıdıram. Bunu bütün laçınlılara arzu edirəm”, - digər sakin deyib.
Reportajda ailələrin öz mənzilləri ilə tanışlığı da yer alıb.
Həmin görüntüləri təqdim edirik:
edirik: