Modern.az

Antiterror tədbirləri zamanı ən çox bu nazirliyə kiberhucumlar olub

Antiterror tədbirləri zamanı ən çox bu nazirliyə kiberhucumlar olub

Aktual

26 Oktyabr 2023, 13:48

Azərbaycanın müxtəlif informasiya strukturlarına kiberhücumları dayanmır, 7/24 daima hər gün, hər saat olur.

 

Modern.az xəbər verir ki, bunu “Critical Infrastructure Defence Challenge 2023” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

 

O qeyd edib ki, bununla bağlı mütəmadi statistikalar da təqdim edilir:

 

"Kiberhücumların konkret olaraq hansı ölkələrdən olmasını İP-dən aydınlaşdırmaq çətindir. Çünki bunlar anonimləşdirilib, saxtalaşdırılır. Bu hücumların formatına, istiqamətlərinə diqqət etsək, eyni zamanda, edilən analizlərə əsasən onların çoxunun qonşu ölkələrdən təşkil olunmuş olduğu müəyyən edilir. Xidmətimiz hücumlara qarşı 7/24 monitorinq həyata keçirir və dövlət qurumlarının informasiya sistemlərinin mühafizəsi üzərində aktiv çalışır".

 

T.Məmmədov qeyd edib ki, aktivlik dönəminə uyğun olaraq müxtəlif dövlət qurumlarının saytına kiberhücumlar ola bilir.

 

"Müharibə, antiterror tədbirləri zamanı Müdafiə Nazirliyinin və Prezident İlham Əliyevin rəsmi səhifəsinə kiberhücumlar olurdu. Eləcə də, kritik infrastrukturlara qarşı kiberhucumlar da müşahidə edilir. Bunların arasında banklar və digər strukturlar da olur. Eyni zamanda, vətəndaşlara da kütləvi mesaj, dezinformasiya vasitələrinin ötürülməsinin şahidi oluruq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular