Modern.az

Türkiyə və Azərbaycan arasında sərhəd müzakirəsi

Türkiyə və Azərbaycan arasında sərhəd müzakirəsi

Aktual

26 Oktyabr 2023, 14:20

Türkiyənin Iğdır şəhərində Türkiyə və Azərbaycan sərhədində görüləcək təhlükəsizlik tədbirləri ilə bağlı görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

 

Bildirilib ki, Iğdır valiliyində keçirilən görüşdə Türkiyə heyətinə vali Ercan Turan, Naxçıvan Muxtar Respublikasından getmiş heyətə isə polkovnik Bəhmən Babayev rəhbərlik edib.

 

İclasda ortaq sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub.

 

Toplantının sonunda B.Babayev E.Turana Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının olduğu tablo hədiyyə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular