Modern.az

Mişustin Paşinyanı Moskvaya dəvət etdi

Mişustin Paşinyanı Moskvaya dəvət etdi

Aktual

26 Oktyabr 2023, 17:03

Rusiyanın baş naziri Mixail Mişustin MDB üzvü olan ölkələrin hökumət başçılarını dekabrda Moskvada keçiriləcək görüşə dəvət edib.
 

Modern.az-ın məlumatına görə, bu barədə “Ria Novosti” xəbər verib.
 

“Mən MDB üzvü olan ölkələrin bütün hökumət başçılarını dekabrda Moskvada keçiriləcək görüşə dəvət edirəm. Biz görüşü mədəni-humanitar sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsinə həsr etməyi təklif edirik. Xalqlarımızı birləşdirən budur”, - deyə o, MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

Xatırladaq ki, Paşinyan MDB Hökumət Başçıları Şurasının bu gün Biçşkekdə keçirilən iclasına qatılmayıb.

Toplantıda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular