Modern.az

Mənzildə uzun müddət yaşayış olmadıqda "Azərsu" nə edir... - VİDEO

Mənzildə uzun müddət yaşayış olmadıqda

Aktual

26 Oktyabr 2023, 16:59

İnsanlar uzun müddət yaşadıqları mənzillərdə olmadıqda sudan istifadə edilmir. Bu zaman mənzildə yaşayan şəxslər su istifadəsinə görə borclarının yarandığını öyrənilər və narahat olurlar. 

 

Uzun müddət yaşayışın olmadığı mənzildə su sərfiyyatı necə hesablanır?

 

Modern.az bildirir ki, “Azərsu” ASC-nin əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur.

 

Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azərsu” ASC-yə, Cəmiyyətin yerli bölmələrinə çoxsaylı şikayət və müraciətlər edilir. Sonradan bu qeyri-dəqiqlik necə həll olunur?

 

Belə olan halda, müraciət edən vətəndaşın mənzilindəki sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılır.

 

Bu və digər suallara ətraflı cavab aşağıdakı videodan almaq mümkündür:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular