İran yaxın günlərdə quru qoşunlarının müxtəlif bölmələrinin iştirakı ilə hərbi təlimlər keçirəcək.
Modern.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, “İqtidar 1402” təlimi ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək.
Manevrlərdə İslam Respublikası Silahlı Qüvvələrinin artilleriya, zirehli və hava-desant bölmələri iştirak edəcək.
İslam Respublikasının hakimiyyət orqanları hələlik bu məlumatı şərh etməyiblər.
Agentlik təlimlərdə hansı silahlardan istifadə ediləcəyi barədə məlumat vermir.