Modern.az

Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR

Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR

Aktual

27 Oktyabr 2023, 10:07

Oktyabr ayının 26-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində qəbula gələn seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb.

 

Bəzi məsələlərə dair millət vəkili öz məsləhət və tövsiyələrini verib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələnin həlli üçün müvafiq addımlar atılıb. Həmçinin sosial məsələlər ilə bağlı müraciətlər də çoxluq təşkil edib. Digər məsələlərlə bağlı da müraciətlər edilib. Seçicilərin qaldırdığı məsələlərin hamısı qeydiyyata alınıb. Deputatın səlahiyyətinə aid olmayan məsələlər barədə əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. 

 

Sakinlərə dəstək məqsədilə müvafiq humanitar yardımların ediləcəyi nəzərdə tutulub.

 

Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLARNovruz Aslanov seçiciləri qəbul edib - FOTOLARNovruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular