Modern.az

Bu rayonda ehsan süfrəsi ləğv edildi: \"Camaat gözləyirdi ki, kimsə bu qaydanı tətbiq etsin\"

Bu rayonda ehsan süfrəsi ləğv edildi: \

27 Oktyabr 2023, 13:04

Bir müddət əvvəl sosial şəbəkələrdə Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilmişdi. Belə ki, kənd ərazisində 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

 

Naxçıvanın Mahmudkənd kəndindən sonra daha bir kənddə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində ehsan verilməsini israfçılıq hesab ediblər.

 

Qeyd edək ki, bu qaydalara əməl etməyən yas sahibinin mərasimində din xadimləri və kənd ictimaiyyətinin iştirak etməyəcəyi bildirilib. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bu dəfə Pirallahı rayonunda eyni qayda tətbiq olunmağa başlayıb.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Pirallahı məscidinin imamı Mübariz Rəhimov rayon ağsaqqallarının bu barədə ona müraciət etdiklərini bildirib:

 

"Rayon ağsaqqalları hüzr yerlərində yemək verilməsinin yığışdırılması təklifi ilə mənə gəldilər. Onlara dedim ki, bu mənim səlahiyyətimdə deyil. Mən yeni təyin olunmuşam. 4 aydır işləyirəm. Düzdür, sağ olsunlar, insanlar hörmət göstərirlər. Lakin insanları tanımadan gedib ora düşmüşəm. Mənim belə yanaşma ilə çıxış etməyimi müsbət qarşılamaları çətin olar. Mən bunu rayon rəhbərliyi ilə müzakirə edərəm. Rayon Ağsaqqallar Şurasının sədrini dəvət etdik. Sağ olsun, gəldi, bizi dinlədi və təklifi yüksək qiymətləndirdi. Sonra bizdən rayon rəhbərliyinə bu haqda məlumat verməyimizi istədi. Rayon rəhbərliyi də həmçinin təklifi mübət qarşıladı. Ancaq cəmiyyətə təzyiq göstərə bilməyəcəklərini bildirdilər. Dedilər ki, camaatın razılığı ilə bu məsələni özünüz həll edə bilərsiniz.  Ağsaqqallar Şurası ilə bu məsələləri müzakirə etdik. Yaxın vaxtlarda yaxınlarının 40-ı, ili olanlarla danışmağa başladıq. Onları məscidə çağırıb, söhbət etdik. Hamı razılıq etdi".

 

M.Rəhimov bu addımın insanlar tərfindən etirazla qarşılanmadığını vurğulayıb:

 

"Dünən iki məclis vardı. Biri 40, digəri isə il məscidi idi.Hər iki məclisin sahibi özünə görə imkanlıydı. Biz, əsasən, kasıb təbəqənin maddi vəziyyətini nəzərə alaraq, bu addımı atdıq. Elə insanlar var ki, buna görə borca düşürdülər. Ümumiyyətlə rayon əhalisinin hamısı olmasa da, əksəriyyəti bununla razılaşdı. Mən bu gün iştirak etdiyim məclislərdə də insanlara bu barədə dedim. İnsanlar bunu yüksək qiymətləndirdi və belə addımın əvvəldən atılmalı olduğunu söylədilər. Bu addım çox sakit qarşılandı. Sanki camaat gözləyirdi ki, kimsə, bu qaydanı tətbiq etsin. Məsələyə nə polis, nə icra hakimiyyəti müdaxilə etdi. Camaatın öz istəyi ilə bu addımı atdıq. Bu gündən məclislərdə qoğal, halva, limon, kanfet və çay veriləcək. Pirallahıda bir müsbət cəhət də var ki, meyitin yuyulmasını da pulsuz etmişik. Mən özüm məclislərdə Allah rizası üçün iştirak edirəm". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi