Modern.az

Narkotikə görə tutulan şəxsə bəraət verildi

Narkotikə görə tutulan şəxsə bəraət verildi

Aktual

27 Oktyabr 2023, 11:30

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Elyar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi keçirilən prosesdə hökm elan olunub.

 

Hökmə əsasən, Elyar Osmanovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

 

O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Elyar Osmanova Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular