Modern.az

Bu il 178 cinayətkar qrup zərərsizləşdirilib

Bu il 178 cinayətkar qrup zərərsizləşdirilib

Aktual

27 Oktyabr 2023, 18:08

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.

 

O bildirib ki, axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular