Modern.az

Gələn il minimum əməkhaqqı eyni qalacaq - 345 manat

Gələn il minimum əməkhaqqı eyni qalacaq - 345 manat

30 Oktyabr 2023, 11:34

Azərbaycanda gələn il minimum əməkhaqqı artırılmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində qeyd olunub.

 

Belə ki, gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulub. 

 

Xatırladaq ki, 5 yanvar 2023-cü il də Prezident İlham Əliyev tərəfindən imzanan sərəncamla Azərbaycanda minimum əməkhaqqı 345 manat müəyyənləşdirilib.

 

Hesablama Palatasının rəyində bildirilir ki, təqdim edilmiş makroiqtisadi göstəricilərə əsasən, ölkədə orta aylıq əməkhaqqı cari ilin 1 yanvar vəziyyətinə 839,4 manat, ilin sonuna 930 manat, 2024-cü ildə isə cari ilin əvvəli ilə müqayisədə 16,8% artaraq 980,0 manat olacağı gözlənilir

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI