2024-cü il dövlət büdcəsinə əsasən, müdafiə sektorunun əsaslı xərcləri 555 milyard dram təşkil edəcək.
Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Vahe Ovannisyan bu gün, oktyabrın 30-da Ermənistan parlamentinin daimi komitələrinin birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı bildirib.
“Müdafiə Nazirliyinin xərcləri 555 milyard dram təşkil edəcək. Bu, 2023-cü illə müqayisədə 7 faiz çoxdur və ümumi daxili məhsulun 5,3 faizini təşkil edir”, - deyə nazir bildirib.