Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermakla görüş.
Modern.az xəbər verir ki, məlumatı Ermənistanın Ukraynadakı səfirliyi yayıb.
Həmsöhbətlər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər. Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.
Andrey Yermak Ermənistan baş nazirinin xanımı Anna Akopyanın sentyabrın əvvəlində Kiyevdə keçirilən Birinci Xanımlar Sammitində iştirakına və ukraynalı məktəblilərə humanitar yardım göstərdiyinə görə təşəkkür edib. Prezident aparatının rəhbəri Ukrayna tərəfinin Ermənistanla əməkdaşlığı gücləndirmək, xüsusilə də Avropaya inteqrasiya məsələlərində sadiqliyini təsdiqləyib.
Tərəflər Ermənistan və Ukraynanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasına seçilməsi münasibətilə bir-birini təbrik edib və iki ölkənin həmin təşkilat çərçivəsində və ümumilikdə enerji sahəsində əməkdaşlığını müzakirə ediblər.