Modern.az

Olimpiada hazırlıqları üçün müəllim seçimi başlayır

Olimpiada hazırlıqları üçün müəllim seçimi başlayır

Aktual

30 Oktyabr 2023, 13:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən respublika fənn olimpiadalarına hazırlıqlar üçün müəllim seçimi imtahanı təşkil olunacaq.

 

BŞTİ-dən Modern.az-a bildirilib ki, noyabrın 14-də keçirilməsi nəzərdə tutulan imtahan 8 fənn üzrə olacaq. Hər bir fənn üzrə imtahan 30 sualdan ibarətdir. İnformatika fənni üzrə imtahan isə onlayn şəkildə (//www.eolymp.com/en/ saytı vasitəsilə) aparılacaq.

 

Respublika fənn olimpiadaları hazırlıqlarına müəllim seçimi üçün iştirak forumuna qatılmaq istəyənlər noyabrın 5-dək BŞTİ-nin saytındakı linkə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj