Modern.az

“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

Aktual

30 Oktyabr 2023, 17:53

SOCAR “Azəriqaz” İB-nin Hacıqabul rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

 

Modern.az xəbər verir ki, aksiya rayonun Atbulaq kəndində baş tutduğundan tədbir iştirakçılarının əksəriyyəti də adıçəkilən kəndin sakinləri olub. Mikrofon önünə çıxan abonentlərdən 3 nəfəri abonent məlumatlarında dəyişikliklərin edilməsini xahiş edib. Digər 3 müraciətə gəlincə, bunlar qaz sayğacının yenisi ilə əvəzlənməsi, debitor borcun araşdırılması və yeni yaşayış massivinin qazlaşdırılması kimi məsələlərlə bağlı olub.

 

Görüşdə ünvanlanan problem və təkliflərin araşdırılması məqsədilə bütün müraciətlər Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

 

“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

“Açıq mikrofon” Atbulaq kəndində quruldu - FOTOLAR

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj