Modern.az

Abşeronda 2 Pakistan vətəndaşı BIÇAQLANDI

Abşeronda 2 Pakistan vətəndaşı BIÇAQLANDI

30 Oktyabr 2023, 21:51

Abeşronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

 

Modern.az-ın  məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj