Modern.az

Azərbaycanda 95 yeni YOLUXMA 

Azərbaycanda 95 yeni YOLUXMA 

30 Oktyabr 2023, 22:37

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (23.10.2023-29.10.2023) 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 834 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, 10 356 nəfər vəfat edib, aktiv xəstə sayı 106 nəfərdir.

 

Ölkədə son həftə ərzində 3 475, hazırkı dövrədək isə 7 703 250 test aparılıb.

 

Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj