Modern.az

Xəstəxanalarda “Randevu” sistemi tətbiq olunur

Xəstəxanalarda “Randevu” sistemi tətbiq olunur

Aktual

31 Oktyabr 2023, 11:24

Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu sistemi test rejimində artıq hazırdır və “Medinex” - 2023" sərgisində nümayiş olunacaq.

 

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) barədə məlumat verərkən deyib.

 

Onun sözlərinə görə, sərgidə “e-Tabib” mobil tətbiqinə əlavə olunacaq randevu sistemi haqqında məlumat veriləcək: "Sərgidə həmçinin çəkisi 4 kq-dan az olan rentgen cihazı da təqdim ediləcək. İnnovativ avadanlıqların ölçüləri kiçik olsa da, dəqiq nəticələrin əldə olunmasına imkan yaradır.

 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” - 2023" sərgisinin rəsmi dəstəkçisidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır