Bu gündən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib.
Modern.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Artıq istifadəçilər “TikTok” sosial şəbəkəsindən məhdudiyyətsiz istifadə edə bilirlər.
Qeyd edək ki, sentyabrın 19-da Qarabağda başlayan antiterror tədbirləri ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət edilməsi üçün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq etmişdi.