Modern.az

Qlobal istiləşmə 2030-cu ilədək həddini ötəcək

Qlobal istiləşmə 2030-cu ilədək həddini ötəcək

Aktual

31 Oktyabr 2023, 14:54

Əgər istixana qazları tullantılarının sürətlə azalması baş verməzsə, o halda qlobal istiləşmə sənayeyəqədərki göstəricini 2030-cu ilədək 1,5 dərəcə Selsi üstələyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Nature Climate Change” jurnalında dərc olunan tədqiqatda deyilir.

 

Alimlər xəbərdarlıq edirlər ki, karbon qazı tullantıları azalmadan 2029-cu ilədək sənayeyəqədərki dövrlə müqayisədə 1,5 dərəcə Selsidən yuxarı istiləşmə ehtimalı 50 faizə bərabərdir. Paris İqlim Sazişində müəyyən edilən hədd – 1,5 dərəcə Selsi keçiləcəyi təqdirdə isə planeti və onun əhalisini fəlakətli nəticələr gözləyir.

 

London İmperial Kollecinin alimləri tərəfindən aparılan tədqiqatda qlobal karbon balansının yenilənmiş və mükəmməl təhlili verilir. Dəyərləndirməyə görə, istiləşməni 1,5 dərəcə Selsi həddinədək məhdudlaşdırmaq ehtimalının 50 faiz təşkil etməsi üçün qlobal karbon balansında azı 250 giqaton CO2 qalmalıdır. Əgər tullantılar 2022-ci ildəki kimi təxminən 40 giqaton qalarsa, o halda ehtimal 2029-cu ildə bitəcək ki, bu da 1,5 dərəcə Selsidən yuxarı qlobal istiləşməyə gətirib çıxaracaq.

 

Tədqiqatın müəllifi Robin Lambollun sözlərinə görə, nəticələr yalnız bunu təsdiq edir: bəşəriyyət istiləşməni 1,5 dərəcə Selsidən aşağı səviyyədə saxlamaq üçün kifayət qədər səy göstərmir.

 

Alimlər bu qənaətə gəliblər ki, iqlimin buzlaqların əriməsi, metan tullantısı və okeanın sirkulyasiyasındakı dəyişikliklər kimi təsirlərdən istiləşməkdə davam etməsi tam mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır