Modern.az

İcra başçısı turistlərlə - “Nur Naftalan”da

İcra başçısı turistlərlə - “Nur Naftalan”da

Aktual

31 Oktyabr 2023, 15:00

Bu gün artıq əvvəlki şöhrətini qaytarmış Naftalan şəhəri beynəlxalq turizm mərkəzinə çevrilib.

 

Şəhər rəhbərliyi Naftalanda fəaliyyət göstərən “Nur Naftalan” müalicə mərkəzində olaraq burada turistlər üçün yaradılan infrastrukturla və göstərilən xidmətlərlə yaxından tanış olub. Mərkəzdə müalicə alıb istirahət edən yerli turistlərlə yanaşı Rusiya, Özbəkistan, Qazaxıstandan olan xarici turistlər onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

 

Xatırladaq ki, Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış artım dinamikası burada yeni sağlamlıq-turizm obyektlərinin tikilməsini zəruri edir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır