Modern.az

Bakıda Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək

Bakıda Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək

Aktual

31 Oktyabr 2023, 17:15

Dekabrın 14-16-da Bakıda gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək.

 

Modern.az bu barədə Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, qurum artıq iclasla bağlı hazırlıq işlərinə başlayıb. Tədbir çərçivəsində rusiyalı qonaqların "Milli Azərbaycan Tarixi Muzeyi"nə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinə, Qız Qalası abidəsinə, "Hərbi Qənimətlər Parkı" na və Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır