Modern.az

Sabah bu ərazilərdə qaz OLMAYACAQ

Sabah bu ərazilərdə qaz OLMAYACAQ

Aktual

31 Oktyabr 2023, 19:00

Sabah saat 10:00-dan etibarən “Müşfiqabad” QPS-də görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilir ki, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır