Modern.az

"Azərpoçt"a müvəqqəti rəhbər təyin olundu

Aktual

1 Noyabr 2023, 09:08

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinə (İH) sədr əvəzi təyin olunub.

 

Modern.az xəbər verir ki, şirkətə rəhbərlik İH-nin üzvü İsi Mustafayevə həvalə edilib.

 

Xatırladaq ki, "Azərpoçt"un sədri Əfqan Cəlilov vəzifəsindən azad olunaraq nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin edilib. Ona müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı