Modern.az

Yaxın günlərdə hökumətə yeni qanun layihəsi təqdim olunacaq - Nazir müavini

Yaxın günlərdə hökumətə yeni qanun layihəsi təqdim olunacaq - Nazir müavini

Aktual

1 Noyabr 2023, 11:50

Kimlərsə kütlədən fərqli düşünüb ki, ortaya innovasiyalar çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

 

Nazir müavini qeyd edib ki, bu mühitin formalaşması və sistemləşdirilməsi labüddür.

 

“Burada dövlətin rolu çox vacibdir. Bizim müxtəlif sahələrdə kifayət qədər innovativ həllərlə bağlı qanunvericiliyə dəyişikliklər olub. Yaxın müddətdə də “İnnovativ faəliyyət” haqqında qanun layihəsi hökumətə təqdim olunacaq”,- deyə E.Əliyev bildirib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.

 

"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı