Bu gün İrəvandakı “Marriott” otelində Ermənistanın “Demokratik birlik” partiyasının sədri Suren Petrosyanın təşəbbüsü ilə Qarabağa dair müzakirə başlayıb.
Modern.az xəbər verir ki, qapalı müzakirədə özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan və Ermənistan Respublikasının bəzi deputatları iştirak edirlər.
Bu barədə “Hraparak”a prezident aparatının əməkdaşlarından biri məlumat verib.
Şahramanyan müzakirələrə qondarma “Artsax”ın bəzi “keçmiş məmurları” ilə qatılıb.
Jurnalistlər iclas zalına buraxılmayıb.