Modern.az

“Beynəlxalq təcrübədə tyutorluq” təliminin mükafatlandırma mərasimi  - FOTO

“Beynəlxalq təcrübədə tyutorluq” təliminin mükafatlandırma mərasimi  - FOTO

Aktual

1 Noyabr 2023, 18:36

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Kooperasiya Universiteti arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş “Beynəlxalq təcrübədə tyutorluq” təliminin mükafatlandırma mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev AKU-da tədris prosesində edilmiş yeniliklərdən və tədrisdə tyutorların rolunun vacibliyindən bəhs edib. Belə bir təlimin təşkilinə görə TKTA-ya təşəkkürünü bildirib. 

 

Mərasimdə iştirak edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov tyutorların peşəkarlığının artırılmasına dəstək verilməsi baxımından təlimin əhəmiyyətindən danışmış, agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat vermişdir.

 

Sonda təlimdə yüksək nəticə göstərmiş AKU tyutorları TKTA tərəfindən sertifikatla təltif ediliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır