Modern.az

“Kardeşler"in yeni filialı açıldı - FOTOLAR

“Kardeşler

Aktual

1 Noyabr 2023, 21:01

MÜSİAD Azərbaycanın üzvü olan “Kardeşler” un məmulatları şirkətinin Bakının İbrahimpaşa Dadaşov küçəsində filialının açılışı olub.

 

Modern.az xəbər verir ki, açılış mərasimi Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, şirkətin sahibi Servet Akkuş, MÜSİAD Azərbaycan üzvlərinin iştirakı ilə gerçəkləşib.

 

Açılış mərasimində çıxış edən Cahit Bağcı müəssisəyə fəaliyyətlərində uğurlar arzu edib. “Allah bol və xeyrli qazanclar nəsib etsin”, - o deyib.

 

“Kardeşler” un məmulatları şirkətinin rəhbəri Servet Akkuş saytımıza açıqlama verib.

 

“Bizim Azərbaycana ilk gəlişimiz 1993-cü ilə təsadüf edir. İlk müəssisəmizi 1996-cı ildə Memar Əcəmidə açmışıq. İlk illərdə Sahildə, Əzizbəyovda, 28 Mayda, Əhmədlidə olmaqla cəmi 20 şöbəmiz olub. Biz daha sonra Azərbaycandakı şöbələrimizi bağlayıb, Türkiyəyə qayıtdıq. Azərbaycanda fəaliyyətimizə yenidən başlamaq adına burada ikinci şöbəmizi açdıq”,-Servet Akkuş deyib.

 

Servet Akkuş iştirakçılara təşəkkür edib:

 

“Ölkəmizin Azərbaycandakı səfiri də açılışımızda iştirak etdi. Çox sağ olsun! MÜSİAD-dan gəlib açılışda iştirak etdilər. Hamısından Allah razı olsun! 

 

Qeyd edim ki, biz Kahramanmaraşlıyıq. Orada da şirkətimiz var.Zəlzələ dövründə 90 gün boyunca öz vəsaitimiz hesabına ehtiyacı olanlara, kəndlərə gündə 55 min çörək payladıq. Sağ olsun, azərbaycanlı qardaşlarımız da köməyə gəldilər. Bizim fırınımızda çalışdılar. Allah razı olsun! Allahdan arzu edirik ki, bol-bol müştərilərlə müəssisəmizi doldurub-daşırsın”.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı