Modern.az

Din xadimləri üçün vahid geyim forması tətbiq edilib?

Din xadimləri üçün vahid geyim forması tətbiq edilib?

Aktual

2 Noyabr 2023, 10:39

Sosial şəbəkələrdə Azərbaycanda din xadimlərinin yeni geyim forması ilə təmin edildiyi barədə məlumatlar yayılıb. Yayılan fotolarda din xadimlərinin vahid forma geyindiyi görünür.

 

Modern.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi görüntülərə münasibət bildirib.

 

Komitənin mətbuat xidməti din xadimləri üçün vahid geyim formasının yeni olmadığı bildirilib.

 

"Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilib. Vahid geyim forması həmin dövrdən tətbiq olunur", - Komitə qeyd edib.

 

Məlumatda vurğulanır ki, Azərbaycanda fəaliyyət göstərən məscidlərin əksəriyyətində din xadimləri sözügedən geyim formasından istifadə edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı