Qarşıdakı bir-iki gün ərzində Azərbaycana mövsümi qrip vaksinləri gətiriləcək.
Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, növbəti həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq.
Teymur Musayev vaksinlərin 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.