Modern.az

Qızılca ilə bağlı vəziyyət tam nəzarətdədir - Nazir

Qızılca ilə bağlı vəziyyət tam nəzarətdədir - Nazir

2 Noyabr 2023, 12:12

Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət tam nəzarətdədir.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Şəkidə gimnaziyada şagirdlərin qızılcaya yoluxmasından sonra vəziyyət ciddi şəkildə araşdırılıb və müayinələr götürülüb:

 

"Saylar çox deyil. Sadəcə profilaktik tədbir məqsədilə təmasda olan şəxslər izolyasiya olunub. Ümumiyyətlə, yoluxucu xəstəliklərə gəldikdə Nazirlər Kabinetinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib. Tədbirlər Planına əsasən, uşaqlar arasında 11 yoluxucu xəstəliyin profilaktik immunizasiyası aparılacaq. Bu proses mütəmadi olaraq ölkəmizdə aparılıb və ildən-ilə daha müasir, daha effektiv vaksinlər gətirilir. Bu 11 xəstəlik - Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, pnömokok və epidemik paratitidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır