Türk Hava Yollarının sistemində problem yaranıb.
Modern.az-ın məlumatına görə, bu gün Bakıdan saat 13:45-ə planlanan reys ləğv olunub.
Reysin ləğv olunması barədə sərnişinlərə əvvəlcədən məlumat verilməyib. Məsələ ilə bağlı bir çox müştəri Türk Hava Yollarının Bakı ofisinə şikayət edib. Ofisin əməkdaşları ilə müştərilər arasında gərgin anlar yaşanıb.
Bakı ofisinin əməkdaşları müştərilərə sistemdə problem yarandığını və şikayətlərini baş ofisə bildirmələrini deyiblər. Sərnişinlər Türk Hava Yollarının Bakı ofisinin əməkdaşlarının insanlarla kobud rəftar etdiklərini də bildiriblər.
Hadisə ilə bağlı Türk Hava Yollarının Bakı Ofisi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz uğurlu alınmayıb.