Modern.az

Səfirimiz etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Səfirimiz etimadnaməsini İraq Prezidentinə təqdim etdi

2 Noyabr 2023, 14:14

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov etimadnaməsini İraq Prezidenti Əbdül Lətif Rəşidə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında bildirib.

 

"Azərbaycanın İraqdakı ilk rezident səfiri kimi fəaliyyət göstərmək mənim üçün şərəfdir. Azərbaycan və İraq arasında dostluğun və davamlı tərəfdaşlığın möhkəmlənməsinə sadiqəm", o paylaşımında qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı